ABŞ-ın neft ehtiyatları artır

Ötən həftə Birləşmiş Ştatların xam neft ehtiyatları artıb.

Bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 4,45 milyon barrel artaraq 436,95 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların çoxalacağı istiqamətində idi. Ehtiyatlar əvvəlki həftə 10,5 milyon barrel artmışdı.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.