Ermənistanın sabiq baş prokuroru mart hadisələrinə görə dindirilib

Ermənistan İstintaq Komitəsinin sabiq sədri və sabiq Baş prokuror Aqvan Ovsepyan mart hadisələrinə görə dindirilib.

Bu barədə jurnalistlərə açıqlamasında Ermənistanın Baş prokuroru Artur Davtyan bildirib.


Qeyd edək ki, ittihamlara görə, 2008-ci ilin mart ayının 1-də İrəvanda aksiyaçılara qarşı zor tətbiq edilməsi barədə qərarı sabiq prezident Serj Sarkisyanla A. Ovsepyan verib.