MMC-nin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib

Abşeron rayonu, Saray qəsəbəsində fəaliyyət göstərən zavoddan havaya tüstünün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.


Araşdırma zamanı “İnam-2019” MMC-yə məxsus zavodda qaz-toz tutucu qurğunun quraşdırılması tam başa çatdırılmadığı üçün havaya normadan artıq tüstünün yayıldığı məlum olub.


Faktla bağlı akt tərtib edilib və MMC-nin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib.
Eyni zamanda zavodun fəaliyyətinin ekoloji qanunvericiliyin tələblərinə uyğun təşkili ilə bağlı MMC-yə “Ekoloji tələb” verilib.