Paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq

Aparılan və aparılacaq təmir işləri ilə əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, Suraxanı rayonu, Günəşli qəsəbəsi, İlqar Musayev küçəsindən avqustun 27-si saat 22:00-dan, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlil bəy Xasməmmədov küçəsində avqustun 27-si saat 22:00-dan, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi avqustun 28-i saat 20:00-dan, Ceyhun Hacıbəyli küçəsinin Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək olan 600 metrlik hissəsində avqustun 28-i saat 20:00-dan, Mixail Kaveroçkin küçəsinin Ceyhun Hacıbəyli küçəsindən Ü.Bünyadzadə küçəsinədək olan hissəsində avqustun 31-i saat 16:00-dan hərəkət məhdudlaşdırılacaq.

Sürücülərdən qeyd edilən müddətlərdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.