Əməkdar jurnalist vəfat etdi
Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ötən gecə vəfat edib.
Bu barədə jurnalistin yaxınları məlumat veriblər.
T. Qasımova bir neçə il idi onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Həmkarlarının verdiyi məlumata görə, T. Qasımova (Nurani) bu gün Köhnə Yasamal qəbiristanlığında dəfn ediləcək. Vida mərasimi “Təzə Pir” məscidində olacaq.

