Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn ediləcək

Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 5 şəhid avqustun 21-də dəfn olunacaq.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

 Məlumata əsasən, Birinci Qarabağ müharibəsi zamanı itkin düşən, sonradan nəşləri tapılaraq şəxsiyyətləri müəyyən edilən Məmmədov Çümşüd Həsənxan oğlu, İsmayılov Sərdar Cəfər oğlu, Məhərrəmov Vaqif Mənsim oğlu, Nərimanov Mürşüd Nadir oğlu və Qurbanov Akif Cəbrayıl oğlu avqustun 21-də torpağa tapşırılacaq.

Çümşüd Məmmədov Laçın şəhəri Şəhidlər xiyabanında, Sərdar İsmayılov Neftçala rayonu Astanli kənd qəbristanlığında, Vaqif Məhərrəmov Neftçala şəhəri Şəhidlər xiyabanında, Mürşüd Nərimanov İmişli rayonu Məzrəli kənd qəbristanlığında, Akif Qurbanov isə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn ediləcək.