Laçında 1,2 ton çətənə kolu məhv edilib

Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində rayonun Hoçaz kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, keçirilən tədbirlər zamanı ümumi çəkisi 1 ton 200 kiloqram olan 782 çətənə kolu məhv edilib.

Faktla bağlı tədbirlər davam etdirilir.