Xarici diplomların tanınması: Ən çox müraciət hüquqşünaslıq ixtisası üzrə olub

Təhsildə Keyfiyyətin Təminatı Agentliyi 2026-cı ilin II rübündə xarici kvalifikasiyaların tanınması üzrə ən çox müraciət edilən ixtisasları açıqlayıb.

Agentlikdən bildirilib ki, hesabat dövründə ən çox müraciət hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Belə ki, hüquqşünaslıq üzrə 95, biznesin idarə edilməsi üzrə 83, tibb üzrə 75, maliyyə üzrə 67, iqtisadiyyat üzrə isə 65 müraciət daxil olub.