Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib


Bakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin
(MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu Qərbi
Azərbaycan İcması Qadınlar Şurasının üzvü, Qarakilsə rayonu Səki kənd
İcmasının sədri, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər
Birliyinin üzvü, şair-publisist, Prezident mükafatçısı, Ombudsman
Aparatının əməkdaşı Azadə Novruzova Fəxri Fərmanla təltif ediib.
Azadə Novruzova tanınmış şairə, publisist və tədqiqatçıdır. O, şeirlər,
esselər, sənədli povestlər və həmçinin tarixi-hərbi mövzulu əsərlərin
müəllifidir. Azadə Novruzova 20-dən çox kitabın tərtibçisi və redaktoru
olmaqla yanaşı, “Ovunmayan həsrət”, “Sən mənim ağ kitabım” adlı bədii
əsərlərin və 200-dən çox elmi-publisistik məqalənin müəllifidir. Bir çox şeir
və esseləri ingilis və rus dillərinə tərcümə edilib.
Azadə Novruzova Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri,
Millət vəkili Əziz Ələkbərli tərəfindən Qərbi Azərbaycan İcmasının strateji
məqsədlərinin həyata keçirilməsi, Qərbi Azərbaycanlıların təskilatlanması,
Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində xidmətlərinə görə və
yubileyi münasibəti ilə Fəxri fərmanla təltif olunub.

Fotosessiya