Kitablar səltənətinin inciləri: Mədinə Gülgün “Sən gəlməz oldun”

Bakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin
(MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Kitablar səltənətinin
inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə şair, Əməkdar incəsənət xadimi
Mədinə Gülgünün ”Sən gəlməz oldun” şeiri təqdim olundu.
“Təbrizin baharı”, “Savalanın ətəklərində”,  “Sülhün səsi”,  “Yadigar
üzük”, “Arzu da bir ömürdür”, “Çinar olaydı” və bir çox bu kimi şeirlər
kitablarının müəllifi olan Əməkdar incəsənət xadimi Mədinə Gülgün 
özündən sonra zəngin şeiriyyat irsi qoymuşdur.
Mədinə Gülgünün məhəbbət mövzusunda yazdığı şeirləri incə, zərif
poetik ruhun məhsulu kimi diqqəti çəkməkdədir. Şairin məhəbbətə həsr
olunmuş şeirlərində dərin səmimiyyət hakimdir.
Deyirdin baharda görüşərik biz
Bahar gəldi keçdi, sən gəlməz oldun.
“Sən gəlməz oldun” şeirinin sözlərinin hər biri xüsusi bir duyğu, kədər
və gözləntini əks etdirir.  Şeir çox təsirli, həssas və bitməyən bir sevgi
haqqındadır. Yazıçı Şahzadə İldırım mahnıya dönmüş bu şeiri təqdim
etməklə Mədinə Gülgün poeziyası ilə yaxından tanış olmağı oxucu və
izləyicilərə tövsiyə edir. ”Sən gəlməz oldun” şeirinə tanınmış bəstəkar
Ələkbər Tağıyevin bəstələdiyi musiqi məşhur balaban ifaçısı, Xalq artisti
Əlixan Səmədovun ifasında izləyicilərə təqdim edilir.
Videoçarx kitabxananın YouTube kanalında aşağıdakı keçiddə verilib: