Emin Əmrullayev müəllimlərin maaşlarının artırılmasından DANIŞDI
“Məktəb əməkdaşlıq edən bir mühitdir. Bunun üçün də müəllim məktəbdə daha çox vaxt keçirməlidir”.
Yerveinsan.az bildirir ki, bunu “Xəzər” televiziya kanalına, APA-ya, Trend-ə və müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Dərsdən başqa müəllimin kifayət qədər işi var ki, biz buna görə müəllimə ayrıca maaş ödəmirik. Müəllimin əməkhaqqısının artırılmasına saat hesabı əsasda yanaşanda buna nail olmaq o qədər də asan deyil. Çünki hər bir müəllimə 20-24 saat dərs saatı vermək olmur. Tam ştatlı müəllim məsələsi həm müəllimin işinin keyfiyyətinin artırılması, həm də əməkhaqqısının artırılması baxımından vacib islahat ola bilər. Amma bu, dediyim kimi, hazırda müzakirə olunan məsələdir. Yəqin ki, yaxın gələcəkdə bununla bağlı təkliflər olacaq. Müəllimin əməkhaqqısı bu şərtlər çərçivəsində orta əməkhaqqından yüksək olmalıdır”, - nazir vurğulayıb.
Qeyd edək ki, müsahibə bu gün saat 20:00-da “Xəzər” televiziya kanalında yayımlanacaq.

