BŞTİ: Bu il 21 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

Tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 333 məktəbəqədər təhsil müəssisəsinə 37 401 uşaq cəlb olunub.

Bu barədə  BŞTİ-dən məlumat verilib. Bildirilib ki, bu tədris ilində 21 000-dən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub. Qeyd olunub ki, məktəbəhazırlıq qruplarını 21 384 uşaq başa vurub.