Dövlət qulluğuna qəbul üzrə növbəti test imtahanı iyulun 5-də təşkil olunacaq

Dövlət qulluğuna qəbul imtahanlarında iştirak etmək istəyən namizədlərin çoxsaylı müraciətləri nəzərə alınaraq iyulun 5-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AC qrupu, eləcə də dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qrupları üzrə növbəti test imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, imtahan Bakı şəhərində elektron formada təşkil olunacaq.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı iyunun 19-u saat 11:00-dan etibarən aktivləşdiriləcək.

Qeyd edək ki, iyulun 16-da keçiriləcək imtahana qeydiyyatdan keçən namizədlərin bu imtahana qeydiyyatına icazə verilmir.

İmtahanların keçirilmə qrafikinə uyğun olaraq BB vəzifə qrupu üzrə avqust ayında keçirilməsi nəzərdə tutulan növbəti test imtahanı avqustun 2-də təşkil ediləcək. Həmin imtahan üçün qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.