Arıqlamaq üçün çay, kofe və ya şokoladlar həqiqətən effektlidirmi?
Sosial şəbəkələrdə tez-tez “möcüzəvi arıqlama” vəd edən çaylar, kofelər və şokoladlar görürük. Amma reallıq budur ki, bu məhsullar piyləri yandırmır və qalıcı arıqlama təmin etmir. Tərəzidəki azalma çox vaxt yağ yox, su və əzələ itkisi olur.
Bəzi məhsullarda isə sibutramin kimi təhlükəli maddələr tapılır ki, bu da ürək və damar sistemi üçün ciddi risk yaradır.
Nəticədə:
• Ürək döyüntüsü sürətlənir.
• Təzyiq yüksəlir.
• Qaraciyər və böyrəklər zədələnir.
Unutmayın ki, sağlam və qalıcı arıqlamanın “qısa yol”u yoxdur. Ən doğru üsul balanslı qidalanma, aktiv həyat tərzi, davamlı və sağlam vərdişlərdir.
Sağlamlığınızı qoruyun, sürətli nəticə üçün risk etməyin!

