Satışda saxta alkoqollu içkilər və istifadə müddəti bitmiş qida məhsulları müəyyən edilib
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhəri, Poçt qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Həsən Nizami oğluna məxsus marketdə yoxlama keçirib.
Baxış zamanı satışda “N1 Organik”, “Premium” əmtəə nişanlı saxta alkoqollu içkilər və istifadə müddəti bitmiş qida məhsulları müəyyən edilib. İçkilərin orjinaldan fərqli miqdarda doldurulduğu, istehsalçı barədə məlumatların düzgün qeyd edilmədiyi, müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Marketdə qida məhsullarının saxlanma şəraitinə riayət edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı məlum olub.
Sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib. Alkoqollu içkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

