Tramp: Krımı qaytarmaq və Ukraynanın NATO-ya daxil olması mümkün deyil

Ukrayna Prezidenti Zelenski istəsə, dərhal Rusiya ilə müharibəni dayandıra bilər, ya da mübarizəni davam etdirər.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Bunun necə başladığını xatırlayın. Obamanın 12 il əvvəl atəş açılmadan verdiyi Krımı qaytarmaq və Ukraynanın NATO-ya daxil olması mümkün deyil. Bəzi şeylər heç vaxt dəyişməz”,- deyə Tramp bildirib.

O, sabah Ağ Evdə böyük gün olacağını və heç zaman eyni vaxtda bu qədər çox Avropa liderinin Ağ evdə olmadığını deyib.//Azərtac