Kitabxanada Aşıq Alının 225 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Yubileylər silsiləsi” layihəsi çərçivəsində “Göyçə aşıq məktəbinin dahisi: Aşıq Alı – 225” adlı videoçarx hazırladı.

Videoçarx Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aşıq sənəti haqqında dediyi sözlərlə başlayır. Bildirilir ki, 28 sentyabr – 2 oktyabr 2009-cu il tarixində Azərbaycan Aşıq Sənəti YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

İzləyicilərə məlumat verilir ki, 200-dən çox ustadı olan Göyçə aşıq məktəbi XIX əsrdə öz zirvəsinə çatmışdır. Aşıq Alı artıq 12 yaşında sazı yüksək səviyyədə, qeyri-adi bacarıqla ifa etmiş, gözəl şeirlər bəstələmiş, ərəb və fars dillərini də yaxşı öyrənmişdir.

Maraqlı məlumatlardan biri də odur ki, Göyçə aşıq məktəbinin dahisi Aşıq Alı özü xalq arasında üç adla tanınırdı: Şeyx Alı, Təcnis Alı, Təbib Alı.

Videoçarxda Aşıq Alının həyat və yaradıcılıq yolu, aşıq sənətinə başlamasından, bu sənətin ululuğundan, yaşının əsrlərlə ölçülməsindən bəhs olunur. Qeyd olunur ki, Aşıq Alı Aşıq Ələsgərin ustadı olub. Aşıq Alı gəraylı, qoşma, təcnis, divani, müxəmməs kimi şeir növlərində yazmışdır. Videoçarxda izləyiclərə verilən məlumatda qeyd olunur ki, Aşıq Alının doğum ili mənbələrdə 1800/1801-ci il kimi göstərilir.

Videoçarxda Aşıq Alının “Xatirəsi” bölməsi də var.

Videoçarxı kitabxananın YouTube kanalında izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=WowlBeTpCEU&t=10s