Kitablar səltənətinin inciləri : Süleyman Rəhimov “Şamo” romanı
Bakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin
(MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Mədəniyyət
Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin
inciləri” adlı mütaliə silsiləsində izləyicilərə XX əsr Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyat tariximizdə iz qoymuş Xalq
yazıçısı Süleyman Rəhimovun “Şamo” romanı təqdim olunur.
Süleyman Rəhimov 1930-cu ildən ədəbi fəaliyyətə başlamışdır.
Ədibin “Şamo” roman-epopeyası, “Saçlı” çoxcildlik romanı, “Mehman”,
“Məhtaban”, “Kəsilməyən kişnərti” povestləri, “Ötən günlər dəftərindən”,
“Pəri çınqılı”, "Gülən balıq" silsilə və toplularına daxil olan hekayələri
Azərbaycan nəsrini yeni çalarlarla zənginləşdirmişdir.
Azərbaycan ədəbiyyatının şah dastanı (epopeyası) olan “Şamo”
romanı Azərbaycan ədəbiyyatı tarixində ən irihəcmli və fundamental
əsərlərdən biridir. Müəllif bu epopeya üzərində demək olar ki, bütün ömrü
boyu – 1931-ci ildən 1978-ci ilə qədər işləmiş və əsər bütövlükdə 5 cilddə
nəşr olunmuşdur. Romanda Azərbaycan kəndinin adət-ənənələri, məişəti,
insan münasibətləri, folklor motivləri çox dəqiqliklə və geniş şəkildə təsvir
olunub.
Əsərin mərkəzində dayanan Şamo obrazı sadə, lakin mərd və
haqsızlığa dözməyən bir kəndli gəncdir. Müəllif Şamonun timsalında
Azərbaycan kəndlisinin məruz qaldığı ədalətsizlikləri və onun zamanla necə
şüurlu bir inqilabçıya, xalqın hüquqlarını müdafiə edən bir rəhbərə
çevrilməsini göstərir.
Yazıçı Şahzadə İldırım romandan kiçik bir hissə səsləndirərək təqdim
edir, izləyicilərə S.Rəhimovun əsərlərini oxumağı tövsiyə edir:

