Oktyabrın 12-18-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən oktyabrın 12-18-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.
ANAMA-dan bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 188, tankəleyhinə 66 mina və 631 partlamamış digər hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 1420,9 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib.

