Zabrat–Maştağa yolunun bir hissəsində hərəkət tam məhdudlaşdırılıb
Sabunçu rayonunda Zabrat–Maştağa avtomobil yolunun müəyyən hissələrində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, məhdudiyyət Zabrat dairəsindən Maştağa qəsəbəsi Elşən Məhərrəmli küçəsi ilə kəsişməyədək olan yol hissəsini əhatə edir.
Əks istiqamətdə isə oktyabrın 19-da saat 08:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.
Sürücülərdən təmir işləri başa çatanadək alternativ yollardan istifadə etmələri xahiş olunur.

