Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
Təmir işləri ilə əlaqədar oktyabrın 13-də Bakının Yasamal və Xətai rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Bu barədə elektrik enerjisi təchizatı qurumu məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Eldar Ağayev, Mehman Bünyadzadə, Məhəmməd Xiyabani, Rahib Tağıyev və Vasif Əliyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Xətai rayonunda isə saat 09:30-dan 13:00-dək Cavanşir, Corat, Xudu Məmmədov, İlham Məmmədov küçələrində, eləcə də Əhmədli yolu və 8-ci, 9-cu dairəvi küçələrin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra abonentlərin elektrik enerjisi ilə təchizatının keyfiyyətinin və dayanıqlılığının artırılması nəzərdə tutulur.

