Türkiyədə zəlzələ olub

Türkiyənin Mərmərə bölgəsində yerli vaxtla saat 13:57-də 4,3 bal gücündə zəlzələ olub.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına əsasən, yeraltı təkanların episentri Bursanın Gemlik rayonudur.
İstanbul başda olmaqla bir çox bölgədə hiss edilən zəlzələnin ocağının yerin 12,91 kilometr dərinliyində olduğu bildirilir.