Minsk-2019: Azərbaycanın bir karateçisi mübarizəni dayandırıb

Azərbaycanın daha bir karateçisi Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə başlayıb.
Qadınların 50 kq çəki dərəcəsində çıxış edən Nuranə Əliyevanın çıxışı uğursuz alınıb.
O, qrup mərhələsində keçirdiyi hər 3 görüşdən məğlub ayrılıb. İdmançımız Serap Özçelik Arapoğluna (Türkiyə) 0:4, Şara Hubrixə (Almaniya) 1:2, Mariya Kuilinkovitsə (Belarus) isə 1:3 hesabı ilə yenilib.
Bu nəticələrlə yer aldığı B qrupunda sonuncu yeri tutan Əliyeva yarımfinala yüksələ bilməyib və mübarizəni dayandırıb.
Qeyd edək ki, bu gün Azərbaycanın daha 3 karateçisi - Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67) və Rafael Ağayev (75 kq) mübarizəyə qoşulacaq.