UEFA "Neftçi"nin oyununun yerini dəyişdi

Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Neftçi" və "Sperantsa" klubları arasındakı oyunların yeri dəyişdirilib.

İlk qarşılaşma əvvəlcədən açıqlandığı kimi Azərbaycanda deyil, Moldovada keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Bakıda olacaq.
 

Buna həm Azərbaycanın iki təmsilçisi - “Səbail” və “Neftçi”nin, həm də Moldovanın “Speranta” və “Petrokub” klublarının ev oyunlarının eyni günə təsadüf etməsi səbəb olub. 

Qeyd edək ki, ilk matç iyulun 11-də, ikinci görüş isə iyulun 18-də oynanılacaq.