Türkiyədə sel 4 nəfərin ölümünə səbəb olub
Türkiyənin Ağrı vilayətinin Diyadin rayonunda güclü sel və daşqın insan tələfatına səbəb olub.
Qəfil yağan yağış küçə və meydanlarda insanları çətin vəziyyətə salıb. Nəqliyyat vasitələrinin hərəkəti mümkünsüz olub. İkisi uşaq olmaqla 4 nəfər seldə boğularaq ölüb.
Əskişəhərdə də qəfil baş verən yağış böyük fəsadlar törədib. Su basması nəticəsində şəhər təsərrüfatına və əhaliyə xeyli ziyan dəyib.

