PSJ "Barselona"nı mübarizədə uddu - De Liqti alırlar

PSJ "Ayaks"ın futbolçusu Matteys De Liqti transfer etməyə yaxındır.
Paris təmsilçisi 19 yaşlı müdafiəçinin transferi üçün "Barselona"nı mübarizədə udub. Hollandiyalı oyunçunun agenti Mino Rayolanın hazırda Parisdə olduğu və müqavilənin son detallarını müzakirə edəcəyi vurğulanıb.
Qeyd edək ki, De Liqtin PSJ-də ilinə 15 milyon avro qazanacağı iddia olunur.