Əliş Nəzərov ağır atletika üzrə dünya çempionatında çıxışını başa vurub

Ficinin paytaxtı Suvada keçirilən gənclər arasında ağır atletika üzrə dünya çempionatı davam edir.

 51 ölkədən 311 atletin (161 oğlan və 150 qız) iştirak etdiyi yarışda Azərbaycan yığma komandasının üzvləri də körpücük üzərinə çıxıblar.

Kişilər arasında mübarizəyə Əliş Nəzərov qoşulub. O, 102 kiloqram çəki dərəcəsində yarışıb. Atletimiz toplam 318 kiloqram (143+175) nəticə ilə 7-ci yeri tutub.