Salah ÇL-in kuboku ilə yatdı – təyyarədə

“Liverpul”un hücumçusu Məhəmməd Salahın maraqlı görüntüsü yayılıb.
Misirli futbolçu Madriddən xüsusi reyslə Liverpula qayıdarkən Çempionlar Liqasının kuboku ilə yatıb. Bu şəkli futbolçunun komanda yoldaşı çəkib.
Xatırladaq ki, ötən şənbə günü “Liverpul” “Tottenhem”ə 2:0 hesabı ilə qalib gələrək Çempionlar Liqasının qalibi olub.