Virjil van Deyk final görüşünün ən yaxşı oyunçusu seçilib

İyunun 1-də UEFA Çempionlar Liqasının "Liverpul” və "Tottenhem” klubları arasında baş tutan final görüşünün ən yaxşı oyunçusunun adı açıqlanıb.

Bu, "Liverpul” klubunun müdafiəçisi Virjil van Deyk olub.


İspaniyanın paytaxtı Madriddə "Vanda Metropolitano" stadionunda keçirilən görüşdə hollandiyalı müdafiəçi komandasını 3 dəfə qoldan xilas edib. Virjil, həmçinin oyun ərzində rəqibin hücumçularından 16 dəfə top almağa nail olub.


Xatırladaq ki, görüş "Liverpul”un 2:0 hesablı qələbəsi ilə başa çatıb.