Federiko Moqerini: Avropa İttifaqı Colan təpələri üzərində İsrailin suverenliyini tanımır

Avropa İttifaqı (Aİ) İsrailin 1967-ci ildə işğal etdiyi ərəb əraziləri üzərində suverenliyini tanımır.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bu sözləri Ərəb Dövlətləri Liqasının Tunisdə keçirilən 30-cu sammitində açıqlayıb.

Onun sözlərinə görə, Aİ Suriyanın Colan təpələri üzərində İsrailin hüququnun tanınması haqqında ABŞ-ın qərarının əleyhinədir. Diplomat bildirib ki, Aİ 1967-ci ildə işğal edilmiş ərazilər üzərində İsrailin suverenliyini bundan sonra da tanımayacaq.

Moqerininin çıxışında həmçinin deyib ki, “yeganə real və həyatqabiliyyətli qərar” Fələstin-İsrail münaqişəsinin iki dövlətin prinsipi əsasında nizamlanmasıdır.