Bolqarıstanın 11 bölgəsində güclü külək səbəbindən “Sarı” təhlükə kodu elan olunub

Bolqarıstanın 11 bölgəsində güclü külək səbəbindən sarı təhlükə kodu elan olunub.

Bu barədə Bolqarıstanın Milli Meteorologiya və Hidrologiya İnstitutu xəbər yayıb. Veliko-Tırnovo, Vidin, Vratsa, Montana, Pazardjik, Pleven, Plovdiv, Ruse, Sliven, Stara Zaqora və Xaskovo bölgələri, ö cümlədən sahilyanı Burqas, Varna və Dobriç bölgələri güclü küləyə məruz qalıblar.