Ara Arakelyan öldürülüb, kiçik çavuş Andranik Koşkanyan isə çiynindən yaralanıb

Dağlıq Qarabağda hərbçi yoldaşını qətlə yetirməkdə təqsirləndirilən erməni əsgər həbs olunub.

yerveinsan.az  "News.am”a istinadən xəbər verir ki, A.Q.-ya qarşı Ermənistan Cinayət Məcəlləsinin 34-104 maddəsi ilə cinayət işi açılıb.


Qeyd edək ki, martın 26-ı axşam saatlarında Dağlıq Qarabağda yerləşən "N" saylı hərbi hissəsində odlu silahdan açılan atəş nəticəsində çavuş Ara Arakelyan öldürülüb, kiçik çavuş Andranik Koşkanyan isə çiynindən yaralanıb.


Fakt üzrə 34-104 maddəsi ilə cinayət işi açılıb.