Yaponiya İmperatoru Akihito taxtını tərk edir

Yaponiya İmperatoru Akihito bu gün könüllü olaraq taxtını tərk edəcək.
Yerveinsan.az TASS agentliyinə istinadla bildirir ki, İmperator taxtı böyük oğluna, varis şahzadə Naruhitoya təhvil verəcək.
Bu münasibətlə hökmdarın Tokionun mərkəzindəki sarayında dini və dünyəvi mərasimlər keçiriləcək.
Günün birinci yarısında 85 yaşlı Akihito saray kompleksi ərazisində yerləşən, ölkənin əvvəlki imperatorlarına həsr edilmiş məbədə baş çəkəcək.