İranda benzin istehlakı azalıb

Yanacağın qiymətinin yüksəlməsi ilə əlaqədar olaraq İranda gündəlik benzin istehlakı 19 milyon litr azalıb.


Bu barədə İranın Neft Nazirliyi açıqlama yayıb.


Açıqlamada bildirilir ki, noyabrın 15-dən 24–dək ölkədə 79 milyon litr benzin istehlak olunub. Qiymətin artmasından əvvəl isə İranda gündəlik benzin istehlakının həcmi 98 milyon litr olub.


Qeyd edək ki, noyabrın 15-də İran hökuməti benzinin qiymətini 50 faiz artırıb ki, bu da ölkədə kütləvi etiraz aksiyalarına səbəb olub.