Tramp onları da terror təşkilatı elan edəcək - ŞOK AÇIQLAMA

Meksikalı narkotik kartelləri ABŞ-ın terrorçu təşkilatlar siyahısına salınacaq.

Bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.

Jurnalist Bill O'Reilly-yə müsahibə verən prezident son 90 gündür ki, bu məsələ üzərində işlədiyini deyib: "Bilirsiniz, bu məsələ asan deyil. Bəzi proseslərdən keçməliyik və hazırda o prosesin içindəyik”.

Trampın bu sözlərindən sonra Meksika Xarici İşlər Nazirliyi rəsmi açıqlama verərək ABŞ Dövlət Departamentinin rəsmilərindən məsələyə dair görüş tələb edib./publika.az