Donald Tramp Böyük Britaniyaya səfər edəcək

ABŞ Prezidenti Donald Tramp iyun ayında Böyük Britaniyaya üç günlük rəsmi səfər edəcək.
Prezident və birinci xanım Melania Tramp səfərləri çərçivəsində İkinci Dünya müharibəsi zamanı Müttəfiq qüvvələrin Avropaya hücum etdikləri günün 75 illiyi ilə əlaqədar olaraq keçiriləcək tədbirdə iştirakları nəzərdə tutulub.
Britaniyanın Baş naziri Tereza Mey Donald Trampın səfəri zamanı ticarət, investisiya, təhlükəsizlik və müdafiə kimi sahələrdə mövcud olan sıx əlaqələrin gələcək illərdə daha da inkişafı ilə bağlı məsələlərin müzakirə ediləcəyini söyləyib.
Qeyd edək ki, Tramp 2018-ci ilin iyul ayında da Böyük Britaniyaya səfər edərək Vindzor qalasında Kraliça II Elizabet ilə görüşüb.
Aynurə Tağıyeva