Kilsələrdə və otellərdə partlayışlar - 25 nəfər ölüb, 280-dən çox insan yaralanıb

Şri-Lankanın paytaxtı Kolombo və Neqombo şəhərindəki 3 kilsədə və 3 hoteldə törədilən partlayışlarda azı 25 nəfər ölüb, 280-dən çox insan yaralanıb.

Yerveinsan.az xarici KİV-lərə istinadla xəbər verir ki, ilk partlayış yerli vaxtla səhər 8:45-də Kolombo şəhərindəki kilsədə Pasxa bayramı ilə əlaqədar insanların çox olduğu vaxt baş verib.

Hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.