Lerik rayonunda zəlzələ qeydə alınıb
Avqustun 1-də saat 19:24-də Lerik rayonunda Lerik stansiyasından 22 kilometr şərqdə zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, zəlzələnin maqnitudası 3,6 olub, ocağı isə 24 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunub.

