Bakıdakı qətli deputatın oğlu törətməyib - kütləvi dava ilə bağlı yeni TƏFƏRRÜATLAR

Bakıda “Ab-Hava” kafesində bir nəfərin ölümü ilə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub.

Yerveinsan.az bildirir ki, Trend-in əldə etdiyi məlumata görə, davada deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də iştirak edib. Məlumata əsasən, o, heç kimə bıçaq xəsarəti yetirməyib və qətli törətməyib.

Qətldə birbaşa iştirak etməkdə şübhəli bilinən iki nəfərin axtarışları davam edir.

Qeyd edək ki, hadisə Bakının Xətai rayonunda yerləşən “Ab-Hava” kafesində baş verib. Kütləvi dava zamanı iştirakçılar bir-birinə bıçaqla hücum edib, nəticədə bir nəfər həyatını itirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, qətllə bağlı ilk xəbəri oxu.az saytı yayıb.

***

 
11:33

Bakıda kafedə baş verən kütləvi dava zamanı bir nəfər həyatını itirib.

Yerveinsan.az bildirir ki, Trend-in məlumatına görə, hadisə ötən gün General Şıxlinski küçəsi, 145 ünvanında yerləşən “Ab-Hava” kafesində qeydə alınıb.

Belə ki, dava zamanı iştirakçılar bir-birinə bıçaqla hücum ediblər. Nəticədə bir nəfər ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.