Ağdamın Kəngərli və Papravənd kəndləri istiqamətlərində açıq sahələrdə baş verən yanğınlar söndürülüb
Ağdam rayonunun Kəngərli və Papravənd kəndləri istiqamətlərində açıq sahələrdə baş verən yanğınlar ərazilərin minalanmış və havanın küləkli olmasına baxmayaraq söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sözügedən ərazilərdə baş verən yanğınlar ərazilərin minalanmış və havanın küləkli olmasına baxmayaraq, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

