İranda güclü zəlzələ oldu, yaralananlar var

İranda dəhşətli yeraltı təkanlar qeydə alınıb.

Yerli vaxtla gecə saat 23:51-də Boyer-Əhməd, Çəram və Kohgiluyə əyalətlərinə 17 km məsafədə 5,3 bal gücündə zəlzələ olub.

ABŞ Geoloji Tədqiqatlar Bürosunun məlumatına görə, zəlzələ İranın Xuzistan əyalətində və Buşehrdə də hiss olunub.

Təbiət hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb, əhali arasında təşviş yaranıb. Onlar gecəni küçədə keçirib. Yaşayış binalarına ciddi ziyan dəyib