Qazaxda iki nəfər göldə batıb

Qazaxda iki nəfər göldə batıb.

Hadisə rayonun Cəfərli kəndi ərazisində yerləşən göldə qeydə alınıb.

Rayon sakinləri Rafael Xəlilov və onun qızı Rəvanə Xəlilova kənd ərazisində yerləşən göldə boğulublar.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub, batan şəxslərin meyitləri göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.