“Azərsilah”ın poliqonlardan birində yanğın hadisəsi baş verib
Dünən axşam saatlarında Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-yə məxsus poliqonlardan birində keçirilən sınaqlar zamanı yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidməti tərəfindən yanğın qısa zamanda söndürülüb.
Bu barədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib.
“Hadisə nəticəsində xəsarət alan olmayıb. Baş vermiş hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır”, - deyə məlumatda qeyd olunub.

