Nizami rayonunda açıq ərazidə baş verən yanğın söndürülüb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 2 hektar sahədə kol-kos və taxta tullantıları yanıb.
Ətraf ərazilər, o cümlədən ağaclıq sahə yanğından mühafizə olunub.

