Qubada sürüşmə davam edir

Quba rayonunun ərazisində - Qusarın inzibati sərhəddinə yaxın yerdə sürüşmə baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan verilən məlumata əsasən, sürüşmə prosesi iyunun 20-də yerli vaxtla saat 09:46:34-də başlayıb və hazırda da davam edir.

Ərazidə yaşayış məntəqəsi yoxdur.