Bakının Xəzər rayonunda yanğın baş verib

Bakının Xəzər rayonunda açıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 Məlumatda qeyd olunub ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

“Əlavə məlumat veriləcək”, - deyə məlumatda bildirilib.