Pakistan: ABŞ-İran razılaşma mətni elektron şəkildə imzalandı
Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İranın “İslamabad Razılaşması”nı elektron şəkildə imzaladığını açıqlayıb.
Türkiyə mediasına görə, Şərif bildirib: “Bu sazişin müvafiq hökumətlərin ən yüksək səviyyəsində imzalanması hər iki tərəfin münaqişənin diplomatik yollarla həllinə sadiqliyini nümayiş etdirir. İslamabad Razılaşması dərhal qüvvəyə minəcək və ilk addım olaraq İran Hörmüz boğazı dərhal yenidən açacaq, ABŞ isə dəniz blokadasını dərhal aradan qaldıracaq.” ifadələrini işlədib.

