Türkiyədə zəlzələ baş verib

Türkiyənin Qaziantep vilayətində 4,6 maqnitudalı zəlzələ olub.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

 Məlumata görə, zəlzələnin episentri Nurdağı rayonunda, ocağı 7 kilometr dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.