İran: ABŞ ilə razılaşma iddiaları sadəcə spekulyasiyadır

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, ABŞ Prezidenti Donald Trumpın iddiasının əksinə olaraq, tərəflər hələ də razılaşma ilə bağlı yekun nəticəyə gəlməyiblər və bu barədə səsləndirilən fikirlər yalnız spekulyasiya xarakteri daşıyır.

ABŞ Prezidenti Donald Tramp əvvəl bəyan etmişdi ki, razılaşma İran tərəfindən “təsdiqlənmə” mərhələsinə çatıb və buna görə planlaşdırılan hücumları ləğv edib.

Türkiyə mediası xəbər verir ki, İsmail Bəqayi qeyd edib ki, Qətər və Pakistan ABŞ ilə aparılan diplomatik prosesdə fəal rol oynayırlar.

Onun sözlərinə görə, danışıqlar zamanı hazırlanmış razılaşma mətninin böyük hissəsi tamamlanıb. Lakin ABŞ tərəfinin mövqeyini davamlı olaraq dəyişməsi səbəbindən proses yekunlaşmayıb.

Bəqayi Trampın iddiasını təkzib edərək deyib:

“Razılaşma haqqında (ABŞ Prezidenti Tramp tərəfindən) səsləndirilən fikirlər spekulyasiyadan ibarətdir və məsələ hələ də qəti şəkildə həll olunmayıb.”