ABŞ-a məxsus hərbi helikopter Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb
ABŞ Silahlı Qüvvələrinin istifadəsində olan “AH-64 Apache” tipli döyüş helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
Bu barədə “Reuters” agentliyi xəbər yayıb.
Bildirilir ki, helikopterin göyərtəsində olan iki hərbçi xilas edilib və onların sağ olduğu qeyd olunur. Qəzanın hansı səbəbdən baş verdiyi isə hələ müəyyənləşdirilməyib.
İlkin mərhələdə helikopterin texniki nasazlıq nəticəsində qəzaya uğraması, xarici müdaxilə ilə üzləşməsi və ya digər amillərin hadisəyə səbəb olması ehtimalları araşdırılır. ABŞ rəsmiləri insidentlə bağlı əlavə məlumat verməyiblər.//Trend

